Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Samir Ədail oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.
O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az