Bakı sakinini avtomobil vurub

3 Fevral 2022 09:00

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Samir Ədail oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az