Cəmiyyət

Küçələrin zibil qutusu problemi - Yer necə seçilir? - VİDEO

2 Fevral 2022 20:30
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın bir sıra ərazilərində zibil qutularının qoyulması üçün ayrılan yer düzgün seçilməyib. Məsələn, Xətai rayonu Məhəmməd Hadi küçəsindəki bu məkan kimi. Əhmədli metrostansiyasının yaxınlığında qoyulan zibil konteynerləri düz avtobus zolağının üzərindədir. Bu da həm nəqliyyatın hərəkətinə mane olur, həm də ora zibil atmağa gələn sakinlərin həyatını təhlükəyə salır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, tullantı konteynerlərinin yerinin düzgün seçilmədiyi ərazilərdən biri də, Xətai rayonundakı 64 nömrəli məktəbin ətrafıdır.

Suraxanı  rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov deyir ki, zibil konteynerləri üçün ərazi seçilərkən bir neçə amil nəzərə alınır. 

Mais Məmmdovun sözlərinə görə, istisna hallarda dəyərləndirmələr aparıldıqdan sonra zibil qutularının yeri dəyişdirilə bilər. Bunun üçün ümumi razılıq olmalıdır ki, ərazidə yaşayan sakinlər tullantıları rahat şəkildə ata bilsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.