Cəmiyyət

Neftçalada baş verən qəzada 2 nəfər ağır xəsarət alıb

20 Yanvar 2022 09:00
0 Şərh     Baxış: 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçala rayonunun Xolqarabucaq kəndində yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2105" markalı avtomobilin təkəri qırıldığından idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Nəticədə Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri - 1996-cı il təvəllüdlü Səfərov İlqar Şahmar oğlu ağır kəllə-beyin travması ilə, 1997-ci il təvəllüdlü Qasımov Elvin Eldəniz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdiriliblər. Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.