Cəmiyyət

Zelenski üç azərbaycanlını təltif etdi

14 Yanvar 2022 22:30
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verdiyinə görə üç azərbaycanlını təltif edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, V.Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Belə ki, Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulu Qasımov Mehralı Süleyman oğlu və Ukrayna Ticarət Evinin Azərbaycandakı baş direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli Xidmətlərə görə ordeni ilə, Bakı Slavyan Universitetinin Ukrayna Mədəniyyət və Təhsil Mərkəzinin direktoru Kərimova Lesya Volodimir qızı isə "Əmək və qələbəyə görə" medalı ilə təltif ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.