Cəmiyyət

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

14 Yanvar 2022 21:25
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!" sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.