Cəmiyyət

Kamran Əsədov: “Mənimlə birlikdə övlad böyütmüsən ki, onu döyürsən?"

8 Yanvar 2022 17:24
1 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir".

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəbdə şagirdlərin döyülməsi faktlarına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, məktəb öz funksiyasını yerinə yetirə bilmir: "Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. Bəs indi necədir vəziyyət?

Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına.

Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.

Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övlad böyütmüsən ki, onu da döyürsən?.."

Kamran Əsədov əlavə edib ki, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir:

"Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.