Cəmiyyət

Qazın limiti ilə bağlı vacib xəbər : Hər kəs izləsin - VİDEO

8 Yanvar 2022 15:18
0 Şərh     Baxış: 2 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub. Şəkillərin 30 faizi oxunmaq üçün yararlı olub. Onlardan  85-90 faizi  artıq emal edilib və bazaya yerləşdirilib. Bu fikirlər Azəriqaz İstehsalat Birliyinin "açıq qapı" aksiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirilib. Eyni zamanda  ölkədə bu ildən smart qaz sayğaclarının tətbiqinə başlanılacağına  dair  açıqlama verilib.

Qaz sayğaclarında güzəştli limit həddi ilə bağlı göstəricilərin sıfırlanması ilə əlaqədar abonentlərdən 144 min müraciət daxil olub.

Bu sözləri "Azəriqaz"ın 104 operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib. Şöbə rəisi bildirib ki, şəkillərin 30%-i oxunmaq üçün yararlı olub.

Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev " isə  bu ildən ağıllı sayğacların tətbiqinə start veriləcəyini bildirib ."Azərbaycanda bu vaxta qədər smart sayğac olmayıb. Smart tipli qaz sayğacı olub. Ağıllı sayğacların tətbiqinə bu ildən başlanılacaq"   deyə o qeyd edib.

Milli.Az xəzər xəbər-ə istinadla sujeti təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.