Cəmiyyət

Zəhmət haqqını ala bilməyən vətəndaş - VİDEO

5 Yanvar 2022 18:42
0 Şərh     Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aydın Əzimov sürücüdür. Özünəməxsus yük maşını ilə tikinti materialları daşımaqla məşğuldur. "Problem" verilişinə üz tutmaq səbəbi isə zəhmət haqqını ala bilməməsidir. Hadisə isə nə ötən ay baş verib, nə də ötən il. Söhbət 2014-cü ildən gedir. Yasamal rayonunda aparılan tikinti yerinə mişar daşı aparan Aydın Əzimov iş icraçısından şikayətçidir.

Milli.Az RealTV-yə istinadən xəbər verir ki, Aydın Əzimov hadisəni, yəni borcunu sübut edə biləcək şahidlərinin olduğunu da deyir.

İllərdir qarşı tərəflə, yəni Rövşən Şirinovla telefon əlaqəsi belə yarada bilməyən Aydın Əzimova bu şəraiti elə biz yaratdıq. Onun verdiyi telefon nömrəsinə zəng vurduq və gözlənilənin əksi olaraq cavab da aldıq.

Bəli, yenə də Aydın Əzimova söz verildi. Amma başına gələn başmaqçı olar deyiblər. Deyəsən, o inanmadı.

Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. ALdığımız cavab belə oldu: məsələ mülki xarakter daşıdığı üçün bu iş məhkəmə predmetidir. Yəni, Aydın Əzimov yenə də aldadıldığını hesab edirsə, məhkəməyə müraciət edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.