Cəmiyyət

Qəbul imtahanlarında Vətən müharibəsindən suallar düşəcək - VİDEO

22 Dekabr 2021 18:24
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti ildə keçiləcək qəbul imtahanlarında tarix fənnindən 44 günlük Vətən müharibəsi üzrə tapşırıqların hansı material əsasında hazırlanacağı məlum olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında 2-ci Qarabağ savaşı mövzusu ilə bağlı hazırlanmış məqalənin redaktə olunmuş versiyası yerləşdirilib.

Müharibənin xronologiyasının yer aldığı analoji məqalə ötən il də dərc olunmuşdu və cari ilin qəbul imtahanlarında suallar məhz həmin məqalə üzrə seçilmişdi.

Redaktə olunmuş yeni variantda isə son bir ildə mövzu üzrə yenilənən xəbərlər də yer alıb. Tarix fənnindən Vətən müharibəsinə dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar məhz yeni məqalə əsasında tərtib ediləcək.

Yeni məqalə həm Azərbaycan, həm də rus dilində yerləşdirlib.

Qeyd edək ki, sözgedən məqalə üzrə tarix fənnindən imatahan verəcək abituriyentlərə bir və ya iki sual təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.