Cəmiyyət

Qazi forma-11 ala bilmir - VİDEO

17 Dekabr 2021 17:54
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasin Əlizadə 4 uşaqlı ailənin sonbeşiyidir və 1-ci Qarabağ Müharibəsi iştirakçısı / Vəli Əlizadənin oğludur.Atası kimi Yasin də ölkəmizin ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.Müxtəlif istiqamətlərdə döyüşən Yasin ilk dəfə Füzulinin azad olunması uğrunda gedən ağır döyüşlərdə düşmən tərəfindən açılan minamyot gülləsinin valına düşərək yaralanıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, səhhətindəki problemlər barədə artıq məlumatınız var. İndi isə digər problemi haqqında danışım. Deməli Yasin döyüşlər zamanı yaralansa da lakin forma-11 sənədini ala bilmir. Yasinin atası deyir ki, oğlunun ən ucuzu 32 manat olan dərmanlarına pul çatdırmaq, həmçinin ailəsini aldığı əlillik təqaüdü ilə dolandırmaq onun üçün çox çətindir.

Qeyd edək ki, Qarabağ qazisi Yasin Əlizadənin Füzuli istiqamətində gedən döyüşlərdə Barotravma almasını Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi də xüsusi arayışla təsdiq edir. Əlaqədar qrumlara müraciətlər isə nəticə vermir. Həmçinin,Yasinin xidmət etdiyi hər bi hissə işğaldan azad olunmuş ərazidə yerləşdiyi üçün Əlizadələr ailəsi birbaşa olaraq hərbi hissənin özünə də müraciət edə bilmir.

Deməli,missiyamıza uyğun olaraq bu qazinin problemi ilə bağlı da aidiyyatı qurumla əlaqə saxladıq. Müdafiə Nazirliyindən bildirildi ki, Qazinin problemi nəzarətə götürülüb və onun problemi də çox yaxın zamanda həll ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.