Cəmiyyət

Yaşayış binaları üçün yeni tələblər qoyulub - Ətraflı VİDEOda

15 Dekabr 2021 14:24
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Yaşayış binalarında təhlükəsizlik məqsədilə videomüşahidə sisteminin quraşdırılması tələbi qoyulub''.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni təsdiq edilən "Yaşayış binaları. Layihələndirmə normaları"da əksini tapıb.

Yaşayış binalarının liftləri ilə bağlı da minimal tələblər müəyən edilib.

Bundan əlavə, liftlərdə avtomatik təxliyə sistemləri nəzərdə tutulmalıdır. Liftlərin şaxtalarında isə digər qurğuların və kommunikasiya xətlərinin layihələndirilməsinə yol verilmir.

Mənzillərarası səs-küyün qarşısını almaq üçün də tələblər müəyyənləşib. Nəzərdə tutulan səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazların və boru kəmərlərin birbaşa mənzillərarası divarlara, həmçinin otaqları ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.

Sədr müavini yeni normaların istismarda olan binalara aid edilib-edilməyəcəyinə də aydınlıq gətirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.