Cəmiyyət

Yeni il öncəsi “hinduşka” ətinə tələbat artıb - Qiymətlər neçəyədir? - VİDEO

14 Dekabr 2021 13:12
1 Şərh     Baxış: 2 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuqlar düşdü, demək ki, qış yeməklərinin də dadına baxmağın vaxtı çatıb. Xüsusilə də ev quşlarının. Ancaq ilk növbədə bazarlara üz tutmaq lazımdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Göyçay bazarında hazırda ən çox satılan ev quşu hindtoyuğudur. Bunun da səbəbləri var. Sakinlərin sözlərinə görə, əsasən soyuq aylardayeyildiyi üçün hindtoyuğunun alıcısı qışda daha da çoxalır.

Qiymətlər isə əsasən çəkiyə görə dəyişir. Bazarda 20 manatdan 50 manata qədər satılan hindtoyuğuna rast gəlmək olar. Yeni il bayramının yaxınlaşması da qiymətlərə təsir edib.

Hazırda bazarda xaricdən gətirilərək bəslənənhindtoyuqları da var. Ancaq ən çox təlabat yerli sortlaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.