Cəmiyyət

Səyyar vergi yoxlaması zamanı sənədlər və nümunə kimi əşyalar götürülə bilər

3 Yanvar 2022 22:30
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yol verilir. Sənədlərin vergiödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilərək sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.