Cəmiyyət

Ləkərçayın ekoloji problemi - VİDEO

30 Noyabr 2021 13:12
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerik Piran kənd sakini Qalib Kərimov yaşadığı ərazidən keçən Ləkəçayın ekoloji təhlükə ilə üz-üzə qaldığını bildirən videonu qaynar nömrəmizə göndərib. Həmin video günün müxtəlif saatlarında çay sahilində çəkilib. Görüntülərdən çay yatağının ağır texnika ilə qazıldığı açıq-aşkar görünür. Video müəllifi bu halın uzun müddətdir davam etdiyini, çay yatağı ətrafında böyük bir yarğan açıldığını bildirir.

Milli.Az xəbər verir ki, Real TV də sözügedən görüntü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Əlimizdə olan görüntüləri qurumun mətbuat xidmətinə çatdırdıq. Oradan bizə bildirildi ki həmin görüntülər ətrafında araşdırma başlanılıb. Araşdırmanın nəticəsini tezliklə sizə çatdıracağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.