Aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva bir müddət əvvəl ARB TV-i ilə yollarını ayırıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər bundan sonra "Space TV"də fəaliyyətlərini davam etdirəcəklər.
Aktrisalar bu dəfə "Təzə-məzə" adlı verilişlə tamaşaçı qarşısına çıxacaq. Verilişin ilk qonağı isə müğənni Lətifə Soyuöz olub.
Qeyd edək ki, Xuraman və Ülviyyə ARB-də "Hüseynova bacıları" verilişinə aparıcılıq edirdi.
Milli.Az