DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-nin yaralandığı yol qəzası barədə məlumat və görüntü yayıb.
Milli.Az xəbər verir ki, idarənin şöbə rəisi, Rövşən Tağıyev deyib ki, noyabrın 2-də saat 23:40 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarındakı dəmir səddə çırpılıb və aşıb.
Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itirib, digər iki sərnişin - Sanan və Tunar isə ağır xəsarətlər alıb: "Qəza anından əvvəl sərnişinlərdən biri sürücünü ehtiyatlı olmağa çağırıb. Deyib ki, ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür! Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir 'cəsarət nümayişi' və ya 'bacarıq sınağı' üçün qurban verilə bilməz".
R. Tağıyev əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır: "Hər kilometrin sonunda həyat dayanır - ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsinə əvəz etməz, heç bir 'mən bacarıram' sözü bir ananın göz yaşını silə bilməz".
Şöbə rəisi bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olsunlar, sürət həddini aşmasınlar, təhlükəsiz məsafəni qoruyub, hər zaman ehtiyatla hərəkət etsinlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar
-
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
-
Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
XƏBƏR LENTİ
-
Bayramda neçə gün evdə olacayıq? - Tarixlər
-
Bakıda piyada keçidi nişanı bir həftədir tərsinədir
-
Azərbaycanda Xiaomi 18 Pro və Xiaomi 18 Pro Max modellərinin satışına başlanılır - (Foto)
-
Qəbir daşını kreditlə qoymaq günahdırmı?
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız





