ARB-dən sonra bu kanalda işləyəcəklər

27 Noyabr 2021 12:48

Aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva bir müddət əvvəl ARB TV-i ilə yollarını ayırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər bundan sonra "Space TV"də fəaliyyətlərini davam etdirəcəklər.

Aktrisalar bu dəfə "Təzə-məzə" adlı verilişlə tamaşaçı qarşısına çıxacaq. Verilişin ilk qonağı isə müğənni Lətifə Soyuöz olub.

Qeyd edək ki, Xuraman və Ülviyyə ARB-də "Hüseynova bacıları" verilişinə aparıcılıq edirdi.

Milli.Az