Şou-biznes

Bakıya gələndə ancaq bu donu geyinir... - VİDEO

23 Noyabr 2021 14:46
0 Şərh     Baxış: 2 253
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin məşhur müğənnisi Petek Dinçöz növbəti dəfə Azərbaycana gəlib.  

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl Bakıda restoranların birində çıxış edib, daha sonra mükafat mərasimində səhnə alıb.  

Petek ifalarından çox geyimi ilə diqqət çəkib. Belə ki, ifaçı bu ilin aprel ayında Bakıdakı konsertində geyindiyi kürək dekolteli qara libasını təkrar istifadə edib.

Onun paytaxtdakı çıxışı zamanı eyni dona müraciət etməsi təəccüb yaradıb. 

Xatırladaq ki, P. Dönçöz sözügedən paltarı ilk dəfə 2016-cı ildə "Altın Kelebek" mükafat mərasimində iştirakı zamanı geyinib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.