Şou-biznes

"Fikirləşirəm, səbəb nə oldu ki, mən o yola getdim" - Zümrüd bu günahına görə hər gün Allaha yalvarırmış - VİDEO

19 Noyabr 2021 18:36
6 Şərh     Baxış: 3 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB televiziyasında yayımlanan "Söhbət var" verlişində qonaq olan teleaparıcı Zümrüd Bədəlova hər gün Allah qarşısında cavab verdiyi bir günahı olduğunu söyləyib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, məşhur aparıcı günahını etiraf etmək istədiyini və kiminsə bu düşüncədə olmasını arzulamadığını bildirib.
 
O efir zamanı "Mənə çox deyirlər gülərüzsüz, çox danışırsınız. Yaşamağı çox sevirəm. Çox gülməyimin altında ağlamaq üçün kifayət qədər səbəblər var. Mən hər həftənin 1 gününü özümə ayırmışam ki, saatlarla Allaha dua edim. Dua edirəm ki, mənim etdiyim o günahı bağışlasın. Neçə il bundan öncə həyatımda yaşadığım bir hadisə mənim ən böyük günahım olub ki, mən bunun cavabını o biri dünyada vermək istəmirəm. Fikirləşirəm ki, səbəb nə oldu ki, mən o yola getdim. Hazırda yaşamağa iki əlli bağlanmışam. Hamıya da məsləhətim odur ki, yaşamağı sevsinlər. Mən hər gün o əməlimə görə Allaha cavab verirəm, hər səhər gözümü açanda,hər övladımı qarşımda görəndə. Yaxşı ki, vaxtikən mənə doğru yolu göstərdilər." - deyə günahının olduğundan danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.