Şou-biznes

Telefonu 18 aylıq kreditə götürmüşəm - Brilliantın oğlu

19 Noyabr 2021 16:36
9 Şərh     Baxış: 2 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə yeni "iPhone 13"nü paylaşması müzakirə yaradıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, onun instaqramda yaydığı telefonunun görüntüləri izləyiciləri arasında qıcıq yaradıb və sənətçinin övladının ünvanına tənqidi fikirlər yazıblar.  

Daha sonra C. Hacıyev açıqlama yayaraq telefonu kreditlə götürdüyünü qeyd edib:

"Nolub sizə? Yazır ki, varlığa nə darlıq! Fransız xalqı kef edir. Telefonu 18 aylıq kreditə götürmüşəm. İlkin ödəniş üçün (33 faiz) bankdan borca pul götürmüşəm. Mənim pulumu sayanlar, narahat olmayın. Milyoner deyiləm, gedib rahat yatın". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.