Şou-biznes

Nəsrinin serialına görə kanal cərimələndi

18 Noyabr 2021 15:10
1 Şərh     Baxış: 1 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK "Show TV"də bir neçə bölümü yayımlanan "Üç Kuruş" serialı ilə bağlı şikayətlərdən sonra qərar qəbul edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qurum ekran işində qaraçılara qarşı ayrıseçkilik edildiyi və alçaldıcı ifadələr ehtiva edən sözlər işlədildiyini təsdiqləyib. Bunun ictimaiyyətdə mənfi fikir formalaşdırdığı bildirilib.

Qadınlara qarşı zorakılıq, təcavüz, qarşılıqlı zorakılıq, jarqonlardan istifadə olunması və davamlı şiddət tərkibli kadrların yer alması səbəbindən kanala ağır inzibati cərimə tətbiq etmək qərarı verilib.

Qeyd edək ki, ekran işinin baş rollarını Uraz Kayqılaroğlu, Nəsrin Cavadzadə, Ekin Koç və Aslıhan Malbora paylaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.