Şou-biznes

Səidə fəxri ad davası edən Nadiri müdafiə etdi

15 Noyabr 2021 19:18
2 Şərh     Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Səidə Sultan fəxri ad davası edən Nadir Qafarzadəni müdafiə edib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, "Özəl Tube" proqramına qonaq olan sənətçi Nadirin haqlı olduğunu bildirib:

"Müğənnilər Nadirə yerli-yersiz söz dedilər. Çox nahaq!  Biz Nadiri sakit tanımışıq? Emosional çıxış edir, haylı-küylü insandır. Onun bu sözlərinə münasibət bildirməməlidirlər.  Nadir düz dedi. Özü bilər, ürəyi istəyirsə, dalaşa bilər. Öz haqqını istəyir. Hərənin bir cür xasiyyəti var.  Guya mədəni olmaqla onlara fəxri ad veriləcək? Yeni ad alan heç kəsi də təbrik etmədim".  

Qeyd edək ki, N. Qafarzadə Elton Hüseynəliyev və Xəyyam Nisanova fəxr ad veriləndən sonra sosial media hesabında video paylaşmış, Azərbaycanda yaşadığı üçün utandığını bildirmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory