Şou-biznes

“Bu yarışma Azərbaycanın səsidir?” - Brilliantdan qəribə sual - VİDEO

13 Noyabr 2021 15:30
4 Şərh     Baxış: 4 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova "Səs"in ötən günkü buraxılışına damğa vurub.

Milli.Az olay-a istinadla bildirir ki, sənətçi bu dəfə iştirakçı Fuad Mehdiyevin Eros Ramazottinin repertuarından səsləndirdiyi "Piu che puoi" mahnısına reaksiya verib.

Dadaşova ifasına yeni başlayan Fuadı nəzərdə tutaraq digər ustad Murad Arifə "Bu yarışma Azərbaycanın səsidir də, yox" sualını ünvanlayıb. Bu anlar isə izləyicilərin diqqətindən qaçmayıb. Onlar "Youtube" platformasında sənətçini tənqid ediblər.

Səsləndirmə zamanı heç bir münsifin dönmədiyini görən Xalq artisti Tünzalə Ağayeva isə onlara "Ay bala, ay bala" deyə, iştirakçını növbəti mərhələyə keçirmək üçün səslənib. Lakin onu bu cəhdi uğursuz olub.

"Çox üzr istəyirəm. Çox təəccübləndim ki, heç bir ustad dönmədi. Mən ona görə dönmədim ki, mən də belə səslər var", - deyə, T.Ağayeva bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.