Şou-biznes

Stallone çəkiliş meydanında onu ölüm təhlükəsi ilə üz-üzə qoyan zərbədən danışdı - FOTO

12 Noyabr 2021 09:46
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Silvestr Stallone "Rokki IV" filminin çəkilişləri zamanı aldığı güclü zərbə barədə danışıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, artistin sözlərinə görə, çəkiliş zamanı İvan Droqo rolunu oynayan Dolf Lundqrenin zərbəsini alıb. Çəkilişdən sonra heç bir narahatlıq hiss etməyib. Ancaq gecə təzyiqi 260-ə yüksəlib və o, artıq "mələklərlə görüşə" hazırlaşıb. Aktyor bundan sonra dörd gün reanimasiyada yatıb.

"Lundqren məni toza çevirdi", - deyə aktyor etiraf edib.

Qeyd edək ki, İvan Droqo Rokki Balboa barədə filmlər seriyasından baş qəhrəmanın əsas rəqibi rolunu oynayan personajdır. "Rokki"nin ilk hissəsi Silvestor Stollonenin ssenarisi əsasında yazılıb və 1976-cı ildə ictimaiyyətə təqdim olunub. Film "Oskar"ın üç mükafatına və "Qızıl qlobus"a layiq görülüb.

Bundan sonra Stallonenin Balboa rolu ilə daha beş filmi çıxdı. 2015-ci ildə franşiza davam edib. 2018-ci ildə "Krid-2" ekranlarda nümayiş olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.