Şou-biznes

Ulduz aktrisa evindən ruhları qovmasından danışdı - FOTO

10 Noyabr 2021 11:28
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika əsilli amerikalı aktrisa Salma Hayek evindən ruhları necə qovmağa çalışdığını danışıb. Bu barədə o, "Ellen Deceneres ilə şou"da açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 55 yaşlı məşhur şəxs paranormalla şəxsən qarşılaşmadığını deyib. Lakin onun Londondakı evində qohumları və qulluqçuları evdə işıqların kortəbii yanması və sönməsindən, pianonun öz-özünə ifasından, qapı-pəncərənin açılıb-bağlanmasından şikayətləniblər. Hayekin qızı Valentina da ruhları gördüyünü deyib.

"Ailəmi sakitləşdirdim və dedim ki, bu işlərlə məşğul olan bir nəfəri tapıb gətirərəm. Bu doğru olmasa belə, heç olmasa, hər şeyin bitdiyini düşünərək psixoloji cəhətdən sakitləşəcəkdilər", - deyə Hayek bildirib.

Artistin sözlərinə görə, evinə gələn paranormal varlıqlar mütəxəssisi ailəsini daha çox qorxudub. Belə ki, o, 20-yə yaxın kabus saydığını deyib.

Hollivud ulduzu bununla belə, ruhların hamısının onun evini tərk etmədiyini bildirib. Belə ki, medium, hansısa rahibəyə aid olan ruhlardan birinin evdən çıxmaq istəmədiyini deyib.

"O, təkid edirdi ki, bu rahibədən yaxşı enerji gəlir və o, qalır", - deyə aktrisa sözlərini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.