Şou-biznes

Uill Smit dünyanın ən hündür binasında - FOTO

9 Noyabr 2021 17:54
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Uill Smit dünyanın ən hündür binası Bürc Xəlifəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor pandemiya zamanı aldığı çəkidən əziyyət çəkirdi. O, çəki atmaq üçün başladığı yolu ekranlaşdıraraq yutub hesabında paylaşmaq qərarı alıb. 6 bölümlük layihə üçün son olaraq Bürc Xəlifəyə çıxıb. Ən yüksək hədəfi qarşısına qoyan Smit 160 mərtəbəli, 828 metr hündürlüyə malik binanın zirvəsindən kameralara poz verib.

Qeyd edək ki, aktyorun mayda instaqram hesabında paylaşdığı foto izləyicilər tərəfindən tənqid edilmişdi. O, həyatında sahib olduğu ən pis bədən quruluşundan ən qısa vaxtda qurtulacağını bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.