Şou-biznes

“Anam hələ ərimi görməyib” - Flora Kərimovanın qızı

6 Noyabr 2021 11:42
5 Şərh     Baxış: 8 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Flora Kərimova "Həmin Zaur" proqramında qonaq olarkən qızı Zümrüd canlı bağlantı ilə efirə qoşulub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Zümrüd anası ilə tez-tez görüşə bilmədiklərini, F.Kərimovanın xaricə getmədiyini söyləyib:

"Bakıya keçən il gəlmişdim. Ailə qurandan sonra  gələ bilmədim. Həyat yoldaşımla anam hələ də bir-birilərini görməyiblər. İnşallah, bu il düzələr. İndi Londonda yaşayıram. Burada psixoloq köməkçisi kimi işləyirəm. Bir neçə il təhsil aldıqdan sonra özüm psixoloq kimi çalışacam. Anamı Azərbaycandan qoparmaq çox çətindir. İstərdim ki, ya bura, ya da Almaniyaya qardaşımın yanına gəlsin".

Qeyd edək ki, Zümrüd əslən bakılı olan Britaniya vətəndaşı ilə evlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.