Şou-biznes

Ukraynalı modeli türk sevgilisi öldürübmüş - Təfərrüat - FOTO

4 Noyabr 2021 05:17
0 Şərh     Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı model Anzelika Srabiantsın İstanbulda balkondan yıxılaraq dünyasını dəyişməsi ilə bağlı modelin sevgilisi Burak Ercan "qəsdən öldürmək" maddəsi ilə həbs edilib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Modelin sevgilisi Burak Ercan polis idarəsində restorandan çıxandan sonra əvvəllər tanıdığı taksi sürücüsü Mustafa A-nın maşını ilə evə qayıtdığını deyib. Lakin məhkəmədə o, i̇fadəsini dəyişib və həmin taksinin sürücüsünün Anzelikanın narkotik aldığı şəxs olduğunu deyib. 

Bu ifadədən sonra prokurorluq taksi sürücüsü Mustafa A. haqqında araşdırmalara başlayıb. "Narkotik və psixatrik maddələrin qanunsuz dövriyyəsi və tədarükü" maddəsi ilə aparılan istintaqda Burak Ercanın ifadəsinin ziddiyyətli olduğu bəlli olub.

Mustafa A. ifadəsində Burak Ercanın taksi puluna görə ona borcu olduğunu, hadisə baş verən günü bu səbəbdən ər-arvad yaşadıqları əraziyə getdiyini və onun heç kimə narkotik vermədiyini bildirib.

Qeyd edək ki, 2021-ci il 11 iyun tarixində İstanbulda yaşayan 33 yaşlı ukraynalı model Anzelika Srabiants İstanbul Sancaktepedə Burak Ercanın 5-ci mərtəbədəki mənzilinin eyvanından yıxılaraq dünyasını dəyişib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.