Şou-biznes

"Sənin üçün namus əyninə geyindiyin dar şalvar, içi-çölü görünən koftandır"

2 Noyabr 2021 18:42
4 Şərh     Baxış: 3 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı 11 yaşlı qızcığazın anasına səslənib:

"Yaşanan hadisə mənə çox pis təsir etdi. Hərçənd deyirəm ki, mühakimə etməyim, amma adamın ürəyi partdayır. Mən bu məsələdə anadan başqa heç kimi günahkar görmürəm. Bir də efirlərə çıxıb ağız dolusu danışan o qohum əqrabalar var ha.... Onlar uşağı elə mühakimə edirlər ki, sanki yad biri haqqında danışırlar.  

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, uşağa təcavüz edən alçağı güllələsələr də, tikə-tikə doğrasalar da azdır. O, buna layiqdir. Bəs ana?  Ay "ana" bəs bu 8 aya qədər sənin qızın hamilədir, necə ola bilər ki, sən bunu hiss etməmisən? Axı biz də qadınıq. Uşağın qarnına su gəlib nə deməkdir?  Necə yəni qarnına su gəlib? Sən də bilirsən ki, hamiləlik təkcə qarından bilinmir. Yaxşı, bunun qarnına su gəlib, bəs sən 5 aydan sonra görməmisən ki, bu uşaqda dəyişikliklər baş verir, maraqlanmamısan ki, mənim uşağımın xəsətliyi nədir ki, onun qarnı bu gündədir? Sən maşınların qabağında dayanıb, şəkil çəkdirən qadınsan. Cinsiyyətinə görə sənə qadın deyirəm, ay qız. Sənin üçün namus əyninə geyindiyin dar şalvardır.  Sənin üçün qeyrət içi-çölü görünən koftandır. Səndə nə namus var, nə qeyrət. Bu hadisə çox ağırdır, həddindən ziyadə. Allah bizi bağışlasın". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.