Şou-biznes

Həsən haqqında film “Oskar” mükafatına təqdim edildi... - FOTOlar

2 Noyabr 2021 12:18
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd müəyyən edilib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki,  xarici İslam saytlarının yaydığı məlumata görə, sözügedən film  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş idarəsinin və kinematoqrafiya sahəsində peşəkar təşkilatların nümayəndələrindən ibarət komissiya tərəfindən seşilib. 

"Həsənin öhdəliyi" adlı filmin dünya premyerası 74-cü Kann kinofestivalının "Qeyri-adi baxış" proqramında təşkil edilib. 

Film bütün həyatını atasından miras qalan torpağa həsr etmiş Həsənin həyatından bəhs edir. Müsəlman çətin həyat yolundan keçir: sevgi, xəyanət, zəhmət, özünü axtarmaq... Həsən həyatın mənası, ədalət və həqiqəti axtarmaq üçün Məkkəyə Həcc ziyarətinə yollanır və keçmişi ilə üz-üzə qalaraq bir çox suallara cavab tapır...

"Kaplan Film" və "Sinehane"nin birgə istehsal etdiyi filmdə Ümit Karadağ, Filiz Bozok, Mahir Günsiray rol alıb. 

Mükafatlandırma mərasimi 2022-ci ilin martına planlaşdırılıb və ABŞ-da keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.