Şou-biznes

Toydan sonra yoldaşı Sevdaya şərt qoydu

31 Oktyabr 2021 18:37
6 Şərh     Baxış: 21 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qaydalara əməl edib, 150 qonaq çağırdıq. Hamı da qatılmışdı. Çağırmadığımız insanlar oldu. Onu da say məhdudiyyətinə görə edə bilmədik".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" proqramında deyib. Sənətçi toydan sonra həyat yoldaşı Zakir Bayramovla birlikdə verilişə qatılıb. Sevda bildirib ki, toy zamanı bütün qaydalara əməl edib və məhdudiyyətə görə çox dostunu dəvət edə bilməyib.

Z.Bayramov deyib ki, verilişə gələndə Sevdaya şərt qoyub:

"Dedim ki, canlı oxuyacaqsansa, gəlirəm. Canlı oxumasını istəyirəm. Bundan sonra verilişlərdə canlı oxumasını istəyirəm".

Zakir toy təəssüratlarını bölüşüb. O bildirib ki, məclis zamanı çox həyəcanlı olub.

Sevda bal ayına getmədiklərini deyib:

"Əslində Maldivə toydan sonra gedəcəkdik. Amma düşündüm ki, toydan sonra işlərimiz çox olacaq. Ona görə də toydan əvvəl getdik. İndi mənim də tədbirlərim var, Zakirin də işləri çoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.