Şou-biznes

Məşhur reperin keçmiş sevgilisi İslam dinini qəbul etdi

7 Oktyabr 2021 18:36
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anastasiya Reşetova tez-tez mikrobloqunun abunəçiləri ilə əlaqə saxlayır.

Bu dəfə izləyicilər onun müsəlman olub-olmadığını soruşublar.

Qız səmimi cavab verib. Həqiqətən İslamı qəbul etdiyini etiraf edib. Ancaq reperin keçmiş sevgilisi abunəçilərlə din mövzusunu müzakirə etmək istəmir.

"Bəli. Bir müddət bu barədə danışmadım. Düşünürəm ki, yalnız ürəyinizə ən yaxın insanlarla danışmağa dəyər", - 25 yaşlı model "Instagram" hekayəsində yazıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, pərəstişkarları bu yaxınlarda qızın tez-tez hicab və uzun, qapalı paltarlar geydiyini fərq edirlər. Eyni zamanda, gənc ana hələ də mini geymək məcburiyyətində olduğu fotosessiyalarda iştirak edə bilər.

Model İslam dinin özü qəbul edib, heç kim onu məcbur etməyib.

Xatırladaq ki, Anastasiya repçi Timatidən bir oğlu böyüdür.

Cütlük körpə dünyaya gəldikdən qısa müddət sonra ayrılıb. Ancaq Timati uşağın həyatında fəal iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.