Xalq artisti Tünzalə Ağayeva sosial mediada paylaşım edib.
Milli.Az big.az-a istinadla xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotolarını paylaşıb. Fotoda onun qızı Fidan da yer alıb.
Tünzalənin qızı ilə olan paylaşımı izləyicilərin marağına səbəb olub.
Xatırladaq ki, Xalq artistinin qızı Türkiyədə ali təhsil alıb. Fidan Başakşehir bölgəsində yerləşən Bahçeşehir universitetinin məzunudur.
Milli.Az