Şou-biznes

"Ermənilər yoldaşımın qəbrini qazıb içini çıxarıblar" - Gülüstan Əliyeva

30 Sentyabr 2021 17:24
2 Şərh     Baxış: 1 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ora ziyarət dağıdır, müqəddəs ocaqdır. Orada müqəddəslər uyuyur. Cəbrayılda dünyasını dəyişən dəyərli insanlar ziyarət dağında dəfn olunub. Yoldaşım da orada dəfn olunmuşdu. O, dağdan Şuşa, Qubadlı, Zəngilan görünür. Ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib. Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Bizimləsən" proqramında deyib. Müğənni şəhid həyat yoldaşı Zahid Əhmədovun Cəbrayılda məzarını tapmasından danışıb. O bildirib ki, ermənilər sağ vaxt yoldaşının başına pul qoyubmuş:

"Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan - red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.