Əməkdar artist Abbas Bağırov oğlu Muradla görüntüsünü paylaşıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni övladının 3 yaşı tamam olduğunu bildirib.
"Bu gün mənim həyatımın gözəl tərəfə dəyişməsindən 3 il ötür. Bu gün mənim ürəyim, igid oğlum Muradın doğum günüdür. Allah səni bəd nəzərdən, xəta bəladan qorusun. Vətəninə, ailənə layiqli övlad olmağını ürəkdən arzu edirəm. Doğum günün mübarək, əziz oğlum. Allah bütün övladları qorusun" deyə, Abbas paylaşımında yazıb.
Qeyd edək ki, A.Bağırovun ilk nikahdan bir qız, ikinci evliliyindən isə 2 oğul övladı var.
Milli.Az