Şou-biznes

Brilliant Dadaşovadan ağır sözlər: "O, ana-bacısına şər atan şərəfsizdir"

20 Sentyabr 2021 17:24
2 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılıb Bakıya gətirilməsi barədə danışıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi  bloqeri dələduz adlandırıb və onun ünvanına sərt sözlər deyib:

"Dələduz "siyasi sığınacaq"la qrant almaq üçün yaxından-uzağdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən küt başı çıxmayan qeybətçi şərəfsiz!

Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünki Azərbaycanda kiçikdən böyüyə hamını pis görmək yalnız düşmənə xoş gələ bilər!

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.