Şou-biznes

Aparıcılığından çox makiyajı müzakirə edildi - FOTOlar

20 Sentyabr 2021 16:28
4 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Bülənt Ərsoy aparıcılığa başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramın ilk bölümü ötən gün yayımlanıb. Divanın saç və makiyajı üzərində Azərbaycanın məşhur stilisti Anar Ağakişiyev işləyib.

Türkiyədə Ərsoyun aparıcılığından çox makiyajı müzakirələrə səbəb olub. Saytlarda, radio proqramlarından bundan bəhs edilərkən "Bülənt Ərsoy effekt verilmiş kimidir" sözləri deyilib. Hətta radio proqramlarından birində "Əgər Bülənt Ərsoy çəkilişdə filterdən istifadə etsəydi, digər qonaq Yıldız Tilbe də gözəl görünərdi. Onun makiyajını Anar Ağakişiyev edib" sözləri deyilib.

Star TV-də yayımlanan "Benzemez kimse bize" verilişində müzakirə olunan digər məqam isə ərsoyun canlı yayıma sərxoş çıxması olub. Bir neçə saat içində tvitterdə bunla bağlı minlərlə mesaj yazılıb. Onun danışığı və davranışı tənqid edilib. Ərsoy açıqlama verərək "Ağzıma bir qurtum belə spirtli içki almamışam. İçsəm, deyərəm" cavabını verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.