Şou-biznes

Dayısından gizlin müğənnilik edən Nura: “Qorxudan panik atak keçirdim” – VİDEO

18 Sentyabr 2021 16:00
2 Şərh     Baxış: 1 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Özəl" verilişinin növbəti qonağı ifaçı Nura Suri olub.

Müğənni bir müddət dayısından gizlin ifaçılıq etdiyini deyib:

"İlk dəfə səhnəyə çıxanda ilk panik atakım o zaman yarandı. İndiyədək insan qarşısına çıxa bilmirəm. Bu problemin səbəbi isə evdən gizlin məşqlərə getməyim olub. Dayım mənim mahnı ifa etməyə getdiyimi bilsəydi qoymazdı. Dayım dəlisov idi, bizim hamımızı kontrolda saxlayırdı".

Sənətçi eyni zamanda Xalq artisti Faiq Ağayevin ona dəstək olmasından da danışıb:

"İlk dəfə səhnəyə çıxmışdım. İfadan sonra səhnədən çıxdım. Rəngim ağarmışdı, əllərim əsirdi. Faiq Ağayev məni görüb dedi ki, o qızın vəziyyəti yaxşı deyil. Ona su verin. Mənə dedi ki, narahat olma keçəcək. Onda bildim ki, o, çox diqqətli insandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.