Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından yayılan "Müğənninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil" sözlərinə aydınlıq gətirib.
M.Ağayev bildirib ki, özü və qohumları metrodan çox istifadə edib:
"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. İki sevdiyim nəqliyyat var: metro və təyyarə. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbdir və dərsə metro ilə gedirlər. Guya metroya minəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm? Mənimkilər hamıdan çoxdur. Dəliyəm, bu yaşımda belə söz deyim?
Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bir müğənni deyir metroya minmərəm. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimnidə, salondan çıxıb metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Təhqirdi bu?
Bilirəm bunu kim edir. Neçə vaxtdır mənim üstümdə qara piar gedir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Bu yaşa gəlib özümü söydürüm? Söyüş söyənin 5-10-nunu tapmışam. Deyir, əmi qələt elədim. Pərdəarxası şirə dönürlər. Normal adam söyüş söyməz. Normal adam gəlib görüşər. Bu da onun başı üçün deyil. Özünə hörmət edən kişi sosial şəbəkədə belə şey etməz.
Mən belə söz deməmişəm. Allah onu yazanın bəlasın versin. Belə yox, başqa cür danışmalı idim. Amma 1 milyon izləyicim var, özümü cilalamışam. Özümü təmkinləyirəm ki, xalq inansın, elə səhv etmərəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır





