Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi - VİDEO

15 Sentyabr 2021 16:06

Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından yayılan "Müğənninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil" sözlərinə aydınlıq gətirib.

M.Ağayev bildirib ki, özü və qohumları metrodan çox istifadə edib:

"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. İki sevdiyim nəqliyyat var: metro və təyyarə. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbdir və dərsə metro ilə gedirlər. Guya metroya minəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm? Mənimkilər hamıdan çoxdur. Dəliyəm, bu yaşımda belə söz deyim?

Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bir müğənni deyir metroya minmərəm. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimnidə, salondan çıxıb metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Təhqirdi bu?

Bilirəm bunu kim edir. Neçə vaxtdır mənim üstümdə qara piar gedir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Bu yaşa gəlib özümü söydürüm? Söyüş söyənin 5-10-nunu tapmışam. Deyir, əmi qələt elədim. Pərdəarxası şirə dönürlər. Normal adam söyüş söyməz. Normal adam gəlib görüşər. Bu da onun başı üçün deyil. Özünə hörmət edən kişi sosial şəbəkədə belə şey etməz.

Mən belə söz deməmişəm. Allah onu yazanın bəlasın versin. Belə yox, başqa cür danışmalı idim. Amma 1 milyon izləyicim var, özümü cilalamışam. Özümü təmkinləyirəm ki, xalq inansın, elə səhv etmərəm".

Milli.Az