Şou-biznes

Dördüncü “Matrix”in tizeri yayımlanıb - VİDEO

9 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoya şirkətin "YouTube" kanalında baxmaq olar.

Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunur.

Franşizanın rəsmi saytında eyni yazı görünür və tabletlərdən birini vurma imkanı verilir.

Filmin tam treyleri sentyabrın 9-da yayımlanacaq.

"Matrix" 1999-cu ildə Lana və Lilli Vaçovski bacılarının (həmin vaxt Lourens və Pol qardaşları) rejissorluq etdiyi ABŞ-Avstriya istehsalı olan fantastik filmidir. Filmin kommersiya uğuru "Matrix"in franşiza olmasına səbəb oldu: 2003 -cü ildə "Matrix Reloaded", cəmi beş ay sonra isə "The Matrix Revolutions" çıxdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.