Şou-biznes

Türkiyəyə aparılan Sayqa NƏLƏR DANIŞDI? - Yeriyə, danışa bilmirəm...

8 Sentyabr 2021 13:06
0 Şərh     Baxış: 2 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə əməliyyat olunmaq üçün Türkiyəyə aparılan aparıcı-prodüser Sayqa Cahid səhhətindən danışıb.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən Sayqa bildirib ki, vəziyyəti yaxşı deyil və onu ilk əməliyyat edən Bakı Sağlamlıq Mərkəzinin həkimləri barədə heçnə danışmaq istəmir: 

"Türkiyəyə gələndə çox pis vəziyyətdə idim. Ölümcül halda idim. Türkiyədə növbəti dəfə əməliyyat oldum. Həkimlərə cavab vermək istəmirəm. Hələ öz canımın hayındayam. Yeriyə bilmirəm. Addım ata bilmirəm, ayaqlarım əsir. Düzələrəm, gedib özüm həkimlər şəxsən görüşərəm. Başqa heçnə barədə düşünmürəm. Sağlamlığım mənə qayıtsın. Yoruluram, çox danışa bilmirəm". 

Qeyd edək ki, S.Cahidin ilk əməliyyatını Bakı Sağlamlıq Mərkəzində Həkim Niyaməddin Əliyev edib. Əməliyyat zamanı prodüserə infeksiya keçdiyi iddia edilir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.