Türkiyəli aktyor Kıvanç Tatlıtuğla dizayner həyat yoldaşı Başak Dizer yenidən məhkəməyə müraciət ediblər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük yenidən dəfələrlə təhdid edildikləri Sinan Altıntaş adlı şəxsi məhkəməyə verib. Kıvanç Tatlıtuğ ölümlə hədələndiyini bildirərək həmin şəxsin 4,5 il həbs cəzası almasını tələb edib.
Qeyd edək ki, S.Altıntaş aktyorun həmkarı Hazar Ergüçlü ilə görüşməsinə əngəl olduğu üçün bu addımı atdığı iddia olunur.
Milli.Az