Şou-biznes

Talıb Taleni Azrbaycana buraxmadılar - VİDEO

3 Sentyabr 2021 15:18
0 Şərh     Baxış: 3 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Talıb Taleni Azərbaycana gələrkən təyyarəyə buraxılmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Gürcüstanda olan sənətçi bunla bağlı açıqlama yayıb. O bildirib ki, biletlərini ləğv edib, başqasına satıblar:

"Tbilisidəyəm, doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsiylə xaricə səfər etdik. Oradan  Covid-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də Covid pasportu ilə Gürcüstana geri döndük. Gürcüstandan Bakıya qayıdanda "Buta" şirkəti bizi təyyarəyə buraxmadı. Bildirdilər ki, vaxtında Covid-19 testi verməlisiniz. Digər ölkələrdə bizim Covid pasportumuz qəbul olunur, öz ölkəmizdə yox. Bizim biletlərimizi gözümüzün qabağında başqa vətəndaşlara satdılar. Onlar da bir gün əvvəl bizim problemi yaşayıblar. Covid pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik. Geri qayıdanda test verməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.