Şou-biznes

Hande Erçelin illər əvvəlki görüntüləri yayıldı - FOTO

2 Sentyabr 2021 19:36
1 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin reytinqli "Sen çal kapımı" serialında baş rolu oynayan Hande Erçel sosial media paylaşımları və şəxsi həyatı ilə şou-biznes gündəmindən düşmür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı Erçelin illər əvvələ aid görüntüləri pərəstişkarları tərəfindən paylaşılıb.

"Instagram"da 24 milyondan çox izləyicisi olan cazibədar aktrisanın 2012-ci ildə cəmi 18 yaşında ikən bir şou proqrama aparıcılıq etdiyi məlum olub.

Erçelin proqramdan görüntüləri və Murat Dalkılıçın keçmiş həyat yoldaşı Merve Boluğurun xəbərlərini təqdim edərkən dilinin dolaşması sosial mediada səs-küyə səbəb olub.

Uzun müddət Murat Dalkılıçla eşq yaşayan Erçel keçən il münasibətlərinə son qoymuşdu. O, Dalkılıçla dostcasına ayrıldıqlarını bildirmişdi.

Aktrisa uzun müddətdir "Sən çal kapımı" serialının çəkiliş meydançasında tanış olduğu həmkarı Kerem Bürsinlə sevgilidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.