Şou-biznes

Sərxan Sərxan Mətanət Əsədova ilə bir arada - FOTO

2 Sentyabr 2021 16:48
0 Şərh     Baxış: 2 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Sərxan Sərxan Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni fotosunu Mətanət Əsədova sosial şəbəkədə yayımlayıb.

"Mənim üçün çox dəyərli və hörmətli olan əzizim, estradamızın canlı əfsanəsi Sərxan bəylə bir gün... Çox xoş keçdi. Xoş gəldin, əzizim" deyə, Əsədova paylaşımına yazıb.

Qeyd edək ki, S.Sərxan uzun illərdir Rusiyada yaşayır. O, bir müddət əvvəl verdiyi "O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir" açıqlamasına görə Azərbaycanda tənqid edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.