Şou-biznes

"Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm" - Tanınmış aparıcı ATV-dən getdi

2 Sentyabr 2021 13:36
0 Şərh     Baxış: 3 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu haqda o, axşam.az-a açıqlamasında deyib. O bildirib ki, bir neçə kanaldan təklif alıb:

"6 il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda ən nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında Qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim. 

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.

Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qrumdan da təklif gəldi. Düşünürəm, qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəm. Hansı layihəni aparsam, çalışacam onu da reytinqli və uğurlu edim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.