Əməkdar artist Rəşad İlyasov yenidən aparıcılığa başlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib.
O bildirib ki, bu gündən "Mədəniyyət" kanalında yayımlanan "Səhərçağı" verilişində aparıcılıq edəcək.
Qeyd edək ki, 2019-cu ildə "Space" TV-də yayımlanan "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən R.İlyasovla birlikdə dəfələrlə qeyri-etik ifadələrdən istifadə etmişdi.
Milli.Az