Şou-biznes

2 milyonluq ad günü etdi, pulunu izləyicilərdən yığdı - FOTO

27 Avqust 2021 20:00
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı bloger Yelena Blinovskaya təmtəraqlı ad günü keçirib. 40 yaşını qeyd edən İnstaqram fenomeni bunun üçün Altay dağlarının ətəyini seçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şou-biznes nümayəndələrinin də qatıldığı gecənin aparıcılığını Ksenya Sobçaq və İvan Urqant edib. Ad günündə Filipp Kirkorov, Nyuşa, Svetlana Loboda, Jah Khalid qonaq olublar.

Yelena ad günü məclisinə 120 milyon rubl (2,7 milyon manat) xərcləyib. O, parti üçün beşulduzlu otel kirayə götürüb. Gecə boyunca bloger bir neçə fərqli geyimlərdə səhnəyə çıxıb.

5,7 milyon izləyici olan Rusiyanın ən varlı blogeri hesab edilən Blinovskaya xərclərinin yer aldığı çekləri izləyiciləri ilə bölüşüb.

Bloger bank kartını da yayımlayaraq izləyicilərindən ad günü hədiyyəsi olaraq 1 rubl istəyib. Bir neçə saata onun bank hesabına 1 milyon rubl köçürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.